AZ

BƏƏ aviaşirkəti Abu Dabidən Bakıya uçuşların sayını artırıb

Birləşmiş Ərəb Əmirliklərinin “Air Arabia” aviaşirkəti Abu Dabidəki Zayed Beynəlxalq Hava Limanı ilə Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportu arasında birbaşa uçuşları həftədə altı reysə artırıb.

Operativ Media xəbər verir ki, yeni cədvələ əsasən uçuşlar çərşənbə axşamı, çərşənbə, cümə axşamı, cümə, şənbə və bazar günləri yerinə yetiriləcək.

Seçilən
12
operativmedia.az

1Mənbələr