Musavat.com xəbər verir ki, oğurluq hadisəsi ilə bağlı şirkətdə gözətçi işləyən Fikrət və Nüsrət adlı şəxslər həbs ediliblər.
Onlar ifadələrində bildiriblər ki, növbə rəisləri olmuş Alim Abbasovun göstərişi ilə avadanlıqları və texnikanı şirkətin ərazisindən çıxarıblar. Onların sözlərinə görə, bunun oğurluq olmasından xəbərləri olmayıb.
Hər iki şəxs malların maşınlara yüklənməsi zamanı 15-35 manat zəhmət haqqı alıblar. Bildiriblər ki, növbə rəisləri Alim onlara deyib ki, bu işdən xidmət rəisləri Ruhlan Abutalıbovun da xəbəri var. Həmin mallar və texnikalar yararsız, metal kimi ərazidən çıxarılıb.
Zərərçəkmiş tərəfin ifadəsindən məlum olub ki, şirkətdən ümumilikdə oğurlanan malların dəyəri 211.478 min manat olub. Həmin malların 104.308 manatı hüquq-mühafizə orqanları vasitəsi ilə tapılıb və yerinə qaytarılıb.
Məhkəmənin hökmü ilə hər iki şəxs 6 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
4Mənbələr
-
demokrat.az“Grand Motors”dan 200 minlik oğurluq Rəislər də ittiham olunur ( 20041653)
-
xezernews.az“Grand Motors”dan 200 minlik oğurluq ( 20038611)
-
demokrat.az“Grand Motors”dan 200 minlik oğurluq — Rəislər də ittiham olunur ( 20038452)
-
hurriyyet.az“Grand Motors”dan 200 minlik oğurluq - Rəislər də ittiham olunur ( 20037027)