AZ

"Genoa"dan rekord göstərici

"Genoa"nın abunə kampaniyası sözün əsl mənasında "möhtəşəm" oldu

"Cenoa"nın yeni mövsüm üçün abunə kampaniyası uğurlu alınıb.

İdman.biz xəbər verir ki, A Seriyası klubu ardıcıl üçüncü dəfə abunə satışında rekord müəyyənləşdirib.

Ümumilikdə 28101 abunə kartı satılıb, bu da ötən mövsümdəki nəticəni səkkiz vahid üstələyib.

2023/24 mövsümündə isə 27777 abunə satılıb. Komandanın çıxış etdiyi "Stadio Luigi Ferraris" arenasının tutumu isə 33205 nəfərdir.

Qeyd edək ki, "Cenoa" ötən mövsüm A Seriyasını 13-cü pillədə başa vurub.

İdman.biz

Məqalədə:
Seçilən
16
1
idman.biz

2Mənbələr