AZ

Hindistanda daşqınlarda 4 nəfər ölüb: 50-dən çox insan itkin düşüb

Hindistanın Uttarakhand ştatında sel və torpaq sürüşmələri 4 nəfərin həyatına son qoyub, 50-dən çox insan itkin düşüb.

Bakues.az Hindistan mediasına istinadən xəbər verir ki, ştatın Uttarkaşi əyalətində baş verən daşqınlarda evlər və bir neçə otel dağılıb.

Xilasedicilər daşqından əziyyət çəkən bölgələrdə axtarışlar aparır.

Yerli media ölü sayının artacağını istisna etmir.

Seçilən
25
7
icma.az

8Mənbələr