"Ötən gün saat 22:51-də Qala sahəsində 10 HY 772 nömrəli yük avtomobilinin sürücüsü dəmiryol keçidindən istifadə ilə bağlı qaydaları pozaraq hərəkətini davam etdirib, nəticədə avtomobil hərəkətdə olan teplovozla toqquşub".
Bu barədə Far.Az-ə ADY-nin mətbuat xidmətindən bildirilib.
İlkin məlumata əsasən, xəsarət alan yoxdur. Hadisə aidiyyəti üzrə araşdırılır.
Həmçinin ADY bütün hərəkət iştirakçılarını dəmiryol keçidlərinə yaxınlaşarkən qaydalara əməl etməyə çağırır.
"Dəmiryol keçidlərindən istifadə edən bütün nəqliyyat vasitələrinin sürücüləri, həmçinin piyadalar yalnız qatara yol verməklə dəmiryol keçidlərindən keçə bilərlər. Hərəkət iştirakçıları dəmiryol keçidinə yaxınlaşdıqda dayanmalı, yol nişanlarını, işıqforları, nişanlama xətlərini əsas tutmalı, yaxınlaşan qatarın olmadığına əmin olmalı, bundan sonra hərəkətini davam etdirməlidir", - deyə məlumatda qeyd olunub.
***09:59
Ötən axşam Qala yolunda qatarla yük maşını toqquşub.
Bu barədə məlumat Far.Az-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, hadisə gecə saat 22:30 radələrində qeydə alınıb.
Nəticədə ölən və ya xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.
Hadisə yerindən kadrları təqdim edirik: