AZ

Şagirdlərin elektron yerdəyişməsi başladı

BAKI, 5 avqust. TELEQRAF

Bu gün saat 15:00-dan etibarən 2025-2026-cı tədris ili üzrə 2-9 və 11-ci siniflər üçün dəyişmə prosesi başlayır.

Teleqraf xəbər verir ki, proses sy.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.

Qeyd edək ki, 10-cu siniflər üçün yerdəyişmə isə 12 avqust saat 11:00-dan aktivləşdiriləcək.
Yerdəyişmə prosesi imtahanla həyata keçirilən müəssisələr üzrə imtahanlar 16-17 avqust tarixlərində həyata keçiriləcək. Övladlarının həmin imtahanlarda iştirak etməyini istəyən valideynlər 5 avqust 15:00 tarixindən 13 avqust 18:00 tarixinə qədər sy.edu.az platforması üzərindən qeydiyyatdan keçə bilərlər.
Yerdəyişmə proses 20 avqust 18:00-a qədər davam edəcək.

Seçilən
35
49
teleqraf.com

10Mənbələr