AZ

“Araz Naxçıvan”dan növbəti TRANSFER

UEFA Çempionlar Liqasında oynayacaq “Araz-Naxçıvan” heyətini gücləndirib.

Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Azərbaycan çempionu braziliyalı futzalçı Aleksanderson Teyşeyra Barbosanı transfer edib.
 

Razılaşmaya əsasən, oyunçu ilə 1 illik müqavilə imzalayıb. 25 yaşlı futzalçı ötən mövsümü Qazaxıstanın “Jetısu” klubunda keçirib.


Qeyd edək ki, “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının ilkin mərhələsində F qrupunda yer alacaq.

Naxçıvan klubu avqustun 27-də Şimali İrlandiyanın “Sparta" (Belfast), ertəsi gün Şotlandiyanın PYF, avqustun 30-da isə Avstriyanın “Ljuti” komandaları ilə qarşılaşacaq.

Bizim.Media

Seçilən
59
4
bizim.media

10Mənbələr