AZ

Rusiyada 300 əcnəbi tutulub

Moskvanın mərkəzində yerləşən hostellərdən birində miqrasiya qanunlarına əməl olunmasını yoxlamaq məqsədilə genişmiqyaslı reyd keçirilib.

Bakues.az Rusiya KİV-ə istinadən xəbər verir ki, əməliyyata Rosqvardiya döyüşçüləri də qoşulub.

“Xüsusi tədbir zamanı paytaxtın mərkəzində yerləşən yataqxanada yaşayan 400 əcnəbi vətəndaşın miqrasiya kartları, pasportları və iş icazələri yoxlanılıb”, – məlumatda deyilir.

Reyd nəticəsində Rusiyada qalma qaydalarını pozmaqda şübhəli bilinən 300 nəfər saxlanılıb. Onların hamısı əlavə araşdırma üçün polis şöbəsinə aparılıb.

Seçilən
35
4
icma.az

5Mənbələr