AZ

Zibil atmaq adı ilə evdən qaçan 16 yaşlı qız tapıldı Foto

ain.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Avqustun 2-də Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yaşadığı evdən qaçan 16 yaşlı qızın yeri müəyyən olunub.

Axar.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli məlumat yayıb.

O bildirib ki, Sumqayıt şəhərində yaşayan 16 yaşlı yeniyetmənin yeri polis əməkdaşları tərəfindən müəyyən olunaraq tapılıb və ailəsinə təhvil verilib.

Xatırladaq ki, hadisə ilə bağlı Baku TV-yə danışan itkin düşmüş qızın anası Günel Xəlilovanın sözlərinə görə, övladı evdən zibil atmaq adı ilə çıxıbmış.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
7
axar.az

8Mənbələr