ain.az xəbər verir, Fanat saytına əsaslanaraq.
"Atalanta"nın hücumçusu Ademola Lukman karyerasını İtaliya nəhəngində davam etdirmək istəyir.
Fanat.Az xəbər verir ki, o, “Atalanta”dan tez bir zamanda ayrılıb “İnter”də oynamağa can atır.
İnformasiyanı tanınmış insayder Nikolo Skira yayıb. Mənbənin məlumatına görə, forvard artıq öz agentlərinə və kluba Berqamoda oynamaq fikrində olmadığını açıqlayıb.
27 yaşlı nigeriyalı ötən mövsüm bütün yarışlarda 40 oyun keçirib, 20 qol vurub və 7 məhsuldar ötürmə edib. "Transfermarkt" Lukmanı 60 milyon avro dəyərində qiymətləndirir.
Mirağa
Abunə Ol
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.