AZ

Polis 14 kiloqram marixuana və həşişi dövriyyədən çıxarıb

ain.az, Ayna portalına istinadən məlumatı açıqlayır.

Saxlanılan şəxslər ifadələrində narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib. AYNA.AZ xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, tədbir zamanı rayon sakinləri Babək Ələkbərov, Samir Qədirov və qardaşı Ceyhun Qədirov qeyd edilən cinayət əməlində şübhəli bilindikləri üçün saxlanılıblar.

Onlardan 10 kiloqrama yaxın marixuana və 4 kilqoramdan artıq həșiş aşkarlanıb.

Saxlanılan şəxslər ifadələrində narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
53
31
ayna.az

10Mənbələr