AZ

"Təyinatım bir neçə gün öncə rəsmiləşib"

Azərbaycanlı məşqçi Xaqani Məmmədov "Neftçi İK" futbol akademiyasının koordinatoru təyin olunub. 

Bu vəzifədə Məhərrəm Həsənovu əvəz mütəxəssis yeni işi ilə bağlı Fanat.Az-a açıqlama verib:

"Təyinatım bir neçə gün öncə rəsmiləşib. Açığı, təklif alan zaman çox tərəddüd etmədim. Mənim üçün maraqlı bir işdir. Etimad göstərənlərə təşəkkürümü bildirirəm. Əməkdaşlığın uğurlu alınması üçün görməli olduğumuz işlər çoxdur". 

Daha öncə "Qəbələ"də Elmar Baxşıyevin köməkçisi qismində fəaliyyət göstərmiş Məmmədov son olaraq I Liqa təmsilçisi "Difai"ni çalışdırmışdı.

Qeyd edək ki, millinin sabiq hücumçusu 2007/2008 mövsümündə Bakı "İnter"inin heyətində 19 qolla Premyer Liqanın bombardiri olub.

Nihat

Seçilən
22
1
fanat.az

2Mənbələr