AZ

Sığınacaqlar nə vəziyətdədir? - “5 milyonluq şəhəri metro ilə qorumaq mümkün deyil”

“Sığınacaqların vəziyyəti acınacaqlıdır, 5 milyonluq şəhəri metro ilə qorumaq mümkün deyil”.

Bunu "Yeni Sabah"a ehtiyatla olan polkovnik-leytenant Üzeyir Cəfərov bildirib.

O, Azərbaycanın mülki müdafiə sisitemindəki qüsurlar və sığınacaqların vəziyyəti ilə bağlı ciddi narahatlığını ifadə edib. Marqarita pizza

Hərbi ekspert bildirib ki, bu sahə keçmiş SSRİ dövründə ciddi  nəzarətdə saxlanılırdı:

"Həmin onbyektlərdə mütəmadi olaraq yoxlamalar aparılırdı. Sığınacaqların vəziyyətinə və onların təchizatının uyğunluğuna xüsusi diqqət yetirilirdi. Bu gün isə belə bir nəzarət, demək olar ki, yoxdur. Kağız üzərində hər şey qaydasındadır, amma real vəziyyət tam fərqlidir”.

Üzeyir Cəfərovun sözlərinə görə, çoxları təhlükə zamanı Bakı Metropoliteninin kifayət edəcəyini düşünür, lakin bu, ciddi yanlışlıqdır:

“Hamı elə bilir ki, metro sığınacaq funksiyasını yerinə yetirə bilər. Amma məncə, milyonlarla insanın yaşadığı bir şəhərdə metronun bu məsələnin öhdəsindən gəlməsi mümkün deyil. Bu məsələyə Fövqəladə Hallar Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, eləcə də rayon və şəhərlərin müvafiq icra strukturları ciddi yanaşmalıdır”.

Ekspertin fikrincə, bu yalnız paytaxt üçün deyil, həm də bölgələr, xüsusilə cənub və şimal rayonları üçün də aktual məsələdir:

“Dünyada baş verənləri izləyirik. İsrail-İran, İsrail-HƏMAS və Rusiya-Ukrayna müharibələri gözümüzün qabağındadır. Təəssüf ki, bu münaqişələr beynəlxalq hüquq normaları çərçivəsində aparılmır. BMT də bu istiqamətdə heç bir effektiv addım atmır”.

Üzeyir Cəfərov qeyd edib ki, əvvəllər bir çox bölgələrdə sığınacaqlar mövcud olsa da, son illər bu obyektlər kommersiya məqsədilə satılıb və onların yerində iaşə obyektləri, yaxud əyləncə mərkəzləri açılıb.

“İranın nüvə obyektinə edilən hücum zamanı yaranan radiasiya sızıntısı və onun ətraf ərazilərə təsiri bizə dərs olmalıdır. Əgər bu cür partlayış geniş miqyaslı olarsa, xüsusilə, cənub bölgəsi ciddi təhlükə altında qala bilər.

Hazırda mövcud olan boşluqlar aradan qaldırılmasa, nəticələr çox ağır olacaq. İnsanlar bilməlidir ki, təhlükə zamanı hava siqnalı veriləndə hara getməli və necə sığınmalıdırlar”.

Rəvan Rzazadə


Telegram kanalımız
Seçilən
27
yenisabah.az

1Mənbələr