AZ

Netanyahunun oğlu Qətər əmiri Şeyx Təmim bin Həməd Əl Tani və anasını hədəf alıb.

Gununsesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İsrailin baş naziri Netanyahunun oğlu Yair Netanyahu İsrail və HƏMAS arasında vasitəçi kimi fəaliyyət göstərən Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani və onun anası Moza bint Nasiri hədəf alıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahu daha bir qalmaqallı açıqlama verib.

Atası Qəzzada soyqırım törədən Yair Netanyahu qəribə bir müqayisə ilə İsrail və HƏMAS arasında vasitəçilik edən Qətər əmiri Şeyx Təmim bin Həməd Əl Tani və anası Moza bint Nasiri hədəfə alıb.

Netanyahu, “Qətər 1930-1940-cı illərdən bəri görünməyən antisemitizm dalğasının arxasında duran əsas gücdür. Qətər bugünkü nasist Almaniyasıdır. Qətərin yəhudilərə və yəhudi dövlətinə qarşı onilliklər boyu davam edən qarayaxma kampaniyası və bu kampaniyaya milyardlarla dollar maliyyə dəstəyi verməsi səbəbindən dünyadakı bütün yəhudilər ciddi təhlükə altındadır” deyib.

Orxan

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
3
icma.az

4Mənbələr