AZ

Qarabağ Universitetində daha bir istefa

Qarabağ Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytən Quliyeva vəzifəsindən ayrılıb.

Publika.az teleqraf-a istinadla xəbər verir ki, o da ərizəsi ilə işdən azad olunub.

A.Quliyeva universitetin rektoru Şahin Bayramovun müvafiq əmrinə əsasən ötən ilin iyulunda sözügedən vəzifəyə təyinat almışdı.

Xatırladaq ki, bundan əvvəl Qarabağ Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nərgiz İsmayılova öz istəyi ilə işdən çıxıb.

Seçilən
44
6
publika.az

3Mənbələr