Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.
Son günlər SOCAR və “AzPetrol” yanacaqdoldurma məntəqələrində “Ai-95” markalı benzinlə bağlı problemlərin yarandığı ilə bağlı iddilar irəli sürülür. Sürücülər bildirir ki, hansı YDM-ə “Ai-95” markalı benzin üçün yaxınlaşıblarsa, işçilər bu növ yanacağın olmadığını qeyd edib. Mövzu ilə əlaqədar bəzi ictimai nüfuza malik şəxslər də öz sosial şəbəkə hesabında paylaşım ediblər. Sosial şəbəkələr müzakirələr zamanı isə bəzi istifadəçilər problemin “AzPetrol”da yox SOCAR-dan qaynaqlandığını qeyd edib.
Məsələ ilə əlaqədar iqtisadçı ekspert Xalid Kərimli qeyd edib ki, özü bir avtomobil sürücüsü olaraq bu problemlə qarşılaşmayıb, lakin ayrı-ayrı məntəqələrdə belə bir problemin olması mümkündür.
“Bu hansısa nöqtədəki YDM-də ola bilər. Qeyd olunan markalı yanacağın tükənməsi və növbəti sifarişin gecikməsi halı baş verə bilər və bu ümumilikdə ölkədə “Ai-95” markalı benzinlə bağlı qıtlığın yaranması dmeək deyil. Bununla əlaqədar gərək SOCAR özü açıqlama versin, bəlkə də YDM sifarişi verib, amma SOCAR-dakı problemə görə sifarişin çatdırılması məsələsi gecikir. Digər tərəfdən, Azərbaycanda “Ai-95” markalı yanacağın ölkəmizdə istehsalı ilə bağlı bir neçə il əvvəl açıqlama yayılmışdı. Bu baxımdan 8-ci kilometr ərazisindəki zavodda da təmir işləri görüldü. Bu yanacaq amma hələ də Baltikyanı ölkələrdən idxal edilməkdə davam edir. 2025-ci ildir və 2022-ci ildə verilən istehsalla bağlı açıqlama hələ də özünü doğrultmur”.
Sürücülərin iddiaları ilə əlaqədar SOCAR “Petrolium”-dan sorğumuza cavab olaraq bildirildi ki, “SOCAR” brendli yanacaqdoldurma stansiyalarında (YDS) “Aİ-95” markalı yanacağın satışı dayandırılmayıb.
“Sadəcə olaraq, yüksək tələbat səbəbindən bəzi stansiyalarda yanacaq ehtiyatı müvəqqəti olaraq bitib. Bu gündən etibarən isə bütün YDS-lərdə “Aİ-95” markalı yanacağın satışı tam bərpa olunur və sürücülər bütün stansiyalardan fasiləsiz şəkildə yanacaq əldə edə biləcəklər”.
Səfər
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.