AZ

Əli Əsədov İrakli Kobaxidze ilə görüşdü

Metbuat portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Türkmənbaşı şəhərində işgüzar səfərdə olan Azərbaycanın Baş naziri Əli Əsədov gürcüstanlı həmları İrakli Kobaxidze ilə görüşüb.

Bu barədə Metbuat.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Ə.Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Gürcüstanın Baş nazirinə çatdırıb.

İrakli Kobaxidze Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş edib.

Görüşdə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyəsindən məmnunluq ifadə olunub, qarşılıqlı faydalı əməkdaşlığın ticarət-iqtisadi, investisiya, nəqliyyat-tranzit, energetika, humanitar və digər istiqamətlərdə genişləndirilməsi ilə bağlı məsələlər nəzərdən keçirilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
77
23
metbuat.az

10Mənbələr