AZ

ŞOK! Nazir canlı televiziya yayımı zamanı beyin qanaması keçirdi VİDEO

ain.az, Turkstan.az portalına istinadən məlumat verir.

Serbiyanın dövlət sərmayələri naziri Darko Qlisiçin səhər saatlarında canlı yayımda iştirak etdiyi televiziya proqramı zamanı beyin qanaması keçirdiyi bildirilir.Turkustan.az xəbər verir ki, ölkə mətbuatında çıxan xəbərlərə görə, nazir Qlisiç paytaxt Belqradda milli televiziya kanalının studiyasında çəkilmiş səhər proqramında iştirak edib.Qlişiçin bir müddət sonra xəstələnməsi və nazirin xəstəxanaya çatdırılmasından sonra canlı yayımın kəsildiyi bildirilib.Serbiyanın səhiyyə naziri Zlatibor Loncar Qliçiçin vəziyyəti ilə bağlı açıqlama verərək: "Bir televiziya proqramı zamanı xəstələnən Qlisiç huşsuz vəziyyətdə xəstəxanaya gətirildi. Beyinə qan sızması diaqnozu qoyulan Qliçiçin vəziyyəti çox ağırdır" dedi.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
1
icma.az

2Mənbələr