AZ

DİN in xəzinə hesabına köçürülən vəsaitdən istifadə qaydası hazırlanacaq

Apa.az saytından alınan məlumata görə, ain.az bildirir.

Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə qaydası hazırlanacaq.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı “Polis haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində təsdiq etməlidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
49
9
apa.az

10Mənbələr