Bakı.Trend:
İKT sahəsində nəhəng korporasiyalardan biri – “Huawei”in“Gələcəyin Toxumları” (Seeds for the Future) proqramının qalibiolan azərbaycanlı tələbələr Çində Yay Düşərgəsində iştirakedəcəklər.
Bu barədə Trend Azərbaycan Respublikası Rəqəmsal İnkişaf vəNəqliyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata əsasən, həmin tələbələrlə Rəqəmsal İnkişaf və NəqliyyatNazirliyində görüş keçirilib. Görüşdə “Huawei” şirkətinin YaxınŞərq və Mərkəzi Asiya ölkələri üzrə vitse-prezidenti Angela Lin dəiştirak edib.
Yolasalma mərasimində çıxış edən rəqəmsal inkişaf və nəqliyyatnazirinin müavini Samir Məmmədov iştirakçılara uğurlar arzulayıb.Bildirib ki, gənclərin İKT üzrə təlim kurslarında iştirakı sənayeinnovasiyalarını anlamağa və sahibkarlıq ruhunu formalaşdırmağakömək edəcək. “Huawei” şirkətinin Baş ofisi, Tədqiqat və İnkişafMərkəzinə səfər onlara informasiya-kommunikasiya texnologiyalarısahəsində biliklərini artırmaq imkanı qazandıracaq.
Nazir müavini Azərbaycanın rəqəmsal sahənin modernləşdirilməsiməqsədilə bir sıra vacib təşəbbüslər həyata keçirdiyini deyib.Həmçinin bildirib ki, ölkədə rəqəmsal inkişafı dəstəkləmək, süniintellekt sahəsində irəliləyişə təkan vermək və Azərbaycanın qlobalsüni intellekt ekosistemindəki mövqeyini gücləndirmək məqsədilə2025 – 2028-ci illər üçün Süni İntellekt Strategiyası qəbul edilib.Bundan əlavə, süni intellekt sahəsində istedad və bacarıqlarıntəkmilləşdirilməsi üçün Süni İntellekt Akademiyası yaradılır.
Gələcəkdə Azərbaycanda “Huawei” şirkəti ilə birgə TəlimMərkəzinin yaradılması üzrə əməkdaşlıq təklif olunub.
Xatırladaq ki, “Huawei” şirkətinin İnnovasiya və Rəqəmsalİnkişaf Agentliyi (İRİA) ilə əməkdaşlığı çərçivəsində indiyədək birsıra uğurlu layihələr həyata keçirilib. Buraya azərbaycanlı tələbəvə mütəxəssislərin Çində təlimlərdə iştirakı, “Gələcəyin Toxumları”(Seeds for the Future) proqramı çərçivəsində innovativ layihələrinvə startapların maliyyələşdirilməsi daxildir.