AZ

Cəbrayılda yanğına səbəb olanlar saxlanıldı

Avqustun 5-də Cəbrayıl rayonunun Minbaşılı kəndi ərazisində otlaq sahədə baş vermiş yanğın hadisəsi ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan XəzərNews.az-a bildirilib ki, araşdırmalarla 50 hektar ərazinin yanması ilə nəticələnən hadisənin Elçin Abdullayev, Elşən Nağılı, Fariz Məmmədli, Rəvan Mirzəyev, Fərid Məmmədli, Fariz Əlişov, Əhəd Əhədov və Sadiq Həsənov tərəfindən törədildiyi müəyyən edilib və onlar saxlanılıblar.

Hazırda faktla bağlı Rayon Polis Şöbəsində istintaq araşdırmaları aparılır.

Xəbər 3 dəfə oxunub.
Seçilən
80
49
xezernews.az

10Mənbələr