AZ

Məhəmməd Şahbaz Şərif İstismar günü ilə bağlı bəyanat yayıb

Oxu.az saytına istinadən ain.az xəbər verir.

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif 5 Avqust 2025-ci il tarixli "İstismar günü" ilə bağlı bəyanat yayıb.

Oxu.Az xəbər verir ki, bəyanatı Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qasım Mohuiddin Hindistan tərəfindən qeyri-qanuni işğal olunmuş Cammu və Kəşmir xalqı ilə həmrəylik ifadə etmək məqsədi daşıyan "İstismar günü" adlı tədbirdə səsləndirib.

"5 avqust 2019-cu ildən bəri Hindistanın Cammu və Kəşmirin demoqrafik və siyasi mənzərəsini dəyişdirməyə yönəlmiş qeyri-qanuni və birtərəfli addımlarını qəti şəkildə pisləyir və rədd edirik. Bu addımlar Hindistanın qanunsuz işğalı altında olan Cammu və Kəşmirdə beynəlxalq hüquqa, norma və prinsiplərə, eləcə də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə tamamilə ziddir", - bəyanatda bildirilir.

Qeyd edilib ki, "İstismar günü" Hindistanın sülh və sabitliyi rədd etməsinin, qəddarlıq və birtərəflilik siyasətini davam etdirməsinin xatırlatmasıdır:

"Kəşmirlilərin insan hüquqlarının, ləyaqətinin və kimliyinin daimi inkarı Hindistanın qanunsuz işğalını bölgədə sabitlik üçün təhlükəyə çevirir. Hindistan anlayır ki, onun qanunsuz işğalı başqa vasitələrlə davam etdirilə bilməz və bu səbəbdən də son illərdə qəddar siyasətini daha da sərtləşdirib. Bu gün bütün pakistanlılar üçün və sülhsevər insanlar üçün Kəşmir xalqının sarsılmaz dözümünü və qəhrəmanlıq ruhunu salamlayaraq onlara ehtiram göstərmək günüdür".

"Hindistanın Cammu və Kəşmirdəki qanunsuz işğalı Cənubi Asiyada əsas münaqişə olaraq qalır və Hindistanın təcavüzkar davranışlarının səbəbidir. Hindistanın 2025-ci ilin mayında Pakistana qarşı səbəbsiz hücumu və hərbi məğlubiyyəti bu problemin həllinin beynəlxalq ictimaiyyət üçün təcili prioritetə çevrilməsinin vacibliyini bir daha sübut edir. BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun şəkildə Kəşmir xalqının iradəsinə və arzularına hörmət etmək Cənubi Asiyada davamlı sülhə gedən yeganə yoldur", - deyə baş nazir əlavə edib.

Mərahim Nəsib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
oxu.az

1Mənbələr