AZ

İmişlidəki qəzada yaralananlar futbolçular imiş – FOTOLAR

  İmişlidəki qəza ilə bağlı yeni detallar məlum olub.

Referans  bildirir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, 1977-ci il təvəllüdlü Cəmil Babaşovun idarə etdiyi “Opel” markalı nəqliyyat vasitəsinin 1974-cü il təvəllüdlü Əziz Quliyevin idarə etdiyi “Mercedes-Benz” avtomobili ilə toqquşması nəticəsində xəsarət alan yeniyetmələr futbolçular olublar.

Onlar futbol matçından qayıdırmışlar

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “Qafqazinfo”ya bildirilib ki, avqustun 5-i saat 11:10 radələrində İmişli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 6 nəfər (hər biri kişi) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

“1977, 2012 və 2013-cü il (4 nəfər) təvəllüdlü şəxslərə müştərək travmalar, üzün, baldırın və bədənin bir neçə nahiyəsinin çapılmış, sıyrılmış yaraları diaqnozları təyin olunub.

2013-cü il təvəllüdlü şəxslərdən birinə zəruri tibbi yardımlar göstərildikdən sonra ixtisaslı tibbi xidmət göstərilməsi üçün Şirvan Şəhər Mərkəzi Xəstəxanasına təxliyə olunub.

Seçilən
15
1
referans.az

2Mənbələr