AZ

Tailand Kamboca liderlərinə qarşı sui qəsd cəhdində ittiham edildi

ain.az, Redaktor.az saytına istinadən bildirir.

Kamboca kəşfiyyatı hesab edir ki, Tailand Kambocanın Baş naziri Hun Manet və Asiya ölkəsinin Senatının (parlamentin yuxarı palatasının) sədri Hun Senə qarşı sui-qəsd planlaşdıra bilər.

Redaktor.az  xəbər verir ki, bu barədə “Khmer Times” qəzeti kəşfiyyat mənbələrinə istinadən məlumat yayıb.

Onların məlumatına görə, Banqkok hər iki Kamboca liderinə dəqiq zərbələr endirmək üçün AT-6TH yüngül hücum təyyarələrindən istifadə etməyi planlaşdırır.

Öz növbəsində, Tailand Xarici İşlər Nazirliyi (XİN) Banqkokun Kamboca liderlərinə qarşı sui-qəsd planlaşdırdığı iddialarını təkzib edib.

"Xarici İşlər Nazirliyi bu əsassız iddiaları qəti şəkildə rədd edir", - nazirliyin bəyanatında deyilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
28
4
redaktor.az

5Mənbələr