“Mançester Siti” ispan yarımmüdafiəçisi Rodri Hernandeslə əməkdaşlığı uzatmaq niyyətindədir.
İdmanxeber.az-ın məlumatına görə, Premyer Liqa təmsilçisi 29 yaşlı futbolçunun müqaviləsini 2029-cu ilin ortalarına qədər uzatmaq istəyir. Klub eyni zamanda Rodrinin maaşını artırmağı planlaşdırır. Onun komandanın ən çox qazanan oyunçularından birinə çevriləcəyi gözlənilir.
Hazırda Rodrinin “Mançester Siti” ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.