AZ

Azərbaycan klubarının yeni mövsüm ərəfəsində transferləri

Misli Premyer Liqasında yeni mövsüm ərəfəsində klublar transfer çalışmalarını davam etdirirlər.

İdman.biz Futbolinfo.az saytına istinadən Azərbaycan komandalarının transfer bazarındakı fəaliyyətini təqdim edir:

Qarabağ

Gələnlər: Rüstəm Əhmədzadə (“Zirə”, icarədən qayıdıb), İsmayıl İbrahimli (“Zirə”, icarədən qayıdıb), Dani Bolt (“Torrense”, Portuqaliya), Pedro Bikalyo (“Alverka”, Portuqaliya), Kris Kuaku (“Mafra”, Portuqaliya), Semi Mmae (“Dinamo”, Zaqreb, Xorvatiya), Xoni Montiel (“Rayo Valyekano”, İspaniya).
Gedənlər: Yassin Benzya, Patrik Andrade (“Araz-Naxçıvan”), Marko Veşoviç, İsmayıl İbrahimli (“Zirə”), Redon Cica (“Şabab Riadi Beluizdad”, Əlcəzair), Rüstəm Əhmədzadə (“Sumqayıt”).
Müqavilə müddətini artıranlar:

Zirə

Gələnlər: Brahim Konate (“Şamaxı”), Yeqor Boqomolski (“Neftçi”), Rövlan Muradov (“Sumqayıt”), Abdul Aziz Batibye, Vensan Till (“Sabah”).
Gedənlər: Rüstəm Əhmədzadə (“Qarabağ”, icarə müddəti bitib), İsmayıl İbrahimli (“Qarabağ”, icarə müddəti bitib), Məqsəd İsayev (“Kəpəz”), Pyer Zebli, Yusuf Laval, Salifu Suma (“Malmö”, İsveç).
Müqavilə müddətini artıranlar: Ruan Renato, İsmayıl İbrahimli, Anar Nəzirov, Hacıağa Hacılı, Georgi Papunaşvili.

Araz-Naxçıvan

Gələnlər: Bar Kohen (“Makkabi”, Netanya, İsrail), Ba-Muaka Simakala (“Osnabrük”, Almaniya), Bruno Franko (“Lokomotiv”, Sofiya, Bolqarıstan), Çarlz Boli (“Apollon”, Limassol, Kipr), Patrik Andrade (“Qarabağ”), Hamidu Keyta (“Konyaspor”, Türkiyə), Rahil Məmmədov (“Radomyak”, Polşa).
Gedənlər: Vadim Abdullayev (“Karvan-Yevlax”), Sezar Meza Kolli, Karlos Jatoba, Bernardo Dias, Miço Kuzmanoviç, İqor Ribeyro (“Neftçi”), Vüsal Şabanov (“Səbail”).
Müqavilə müddətini artıranlar: Kristian Avram, İssuf Paro, Tərlan Əhmədli, Ömər Buludov, Ürfan Abbasov, Ülvü İsgəndərov, Bəxtiyar Həsənalızadə, Slavik Alxasov, Qara Qarayev, Vanderson Melo, Nuno Rodrigues, Ramon Maçado, Elçin Mustafayev, Turan Vəlizadə.

Turan Tovuz

Gələnlər: David Tavares (“Qloriya Buzau”, Rumıniya), Abdulla Rzayev (“Sabah”, icarə), Roberto Olabe (“İbiza”, İspaniya), Oleq Baklov (“Ufa”, Rusiya), Filip Ozobiç (“Neftçi”), İbrahima Vadji (“Sent Etyen”, Fransa).
Gedənlər: İvan Konovalov, Alexandro Serrano, Kauan Martins de Paula, Eltun Turabov (“Karvan-Yevlax”), Kristian da Silva, İsmayıl Zülfüqarlı, Araş Qadiri, Anton Kraçkovski, Sadiq Quliyev (“Səbail”), Orxan Əliyev.
Müqavilə müddətini artıranlar:

Sabah

Gələnlər: Rüstəm Samiqullin (“Neftçi”, icarədən qayıdıb), Fəxri Məmmədli (“Şamaxı”, icarədən qayıdıb), Rauf Rüstəmli (“Şamaxı”, icarədən qayıdıb), Akim Zedadka (“Pyast”, Polşa), Stiv Solvet (“Martiq”, Fransa), Zinədin Uld Xaled (“Anje”, Fransa).
Gedənlər: Şakir Seyidov (“Kəpəz”), Con İrasabal, Namik Ələskərov, Vensan Till (“Zirə”), Sofian Çakla, Abdulla Rzayev (“Turan Tovuz”, icarə), Yusif İmanov, Rauf Rüstəmli (“Sumqayıt”, icarə).
Müqavilə müddətini artıranlar: Rəhman Daşdəmirov, Stas Pokatilov, Anatoli Nuriyev.

Neftçi

Gələnlər: Sessi D’Almeyda (“Apollon”, Kipr), Luis Ortis (“Sportivo Ameliano”, Paraqvay), Murad Xaçayev (“Sumqayıt”), Elvin Bədəlov (“Sumqayıt”), İqor Ribeyro (“Araz-Naxçıvan”), İmad Faraj (AEK, Larnaka, Kipr), Freddi Varqas (“Makkabi”, Netanya, İsrail, icarə), Cordan Rezabala (“Dorados”, Meksika), Kristian Kostin (“Dinamo”, Buxarest, Rumıniya), Kenan Piriç (“Antalyaspor”, Türkiyə), Alessio Kurçi (“Frens Boreyns”, Belçika).
Gedənlər: Yeqor Boqomolski (“Zirə”), Azər Əliyev, Azər Salahlı (“İmişli”), Yuri Matias, Rəhman Hacıyev, Höccət Haqverdi, Rüstəm Samiqullin (“Sabah”, icarə müddəti bitib), Robert Bauer, Rafael Quzzo, Həbib İsmayılov (“Şamaxı”), Dembo Darbo, Filip Ozobiç, Ervin Koffi, İsmayıl Zülfüqarlı, Alfa Konte.
Müqavilə müddətini artıranlar: Emil Balayev.

Şamaxı

Gələnlər: Emil Süleymanov (“Qəbələ”, icarə), Oruc Məmmədov (“Səbail”), Həbib İsmayılov (“Neftçi”), Dioqo Balau (“Unian Santarem”, Portuqaliya), Karim Rossi (“Şaffhauzen”, İsveçrə), Sezar Henrike Dias Santos (“Kaşias”, Braziliya), David Santos (“Sportinq”, Kovilya, Portuqaliya), Rikardo Apolinario (“Unian Santarem”, Portuqaliya), Bilal İsmayılov (“Cəbrayıl”), Ravil Qafarov (“Cəbrayıl”).
Gedənlər: Brahim Konate (“Zirə”), Leroy Mikels, Vasili Bakiç, Vasili Radenoviç, Maykl Tuik, Fəxri Məmmədli (“Sabah”, icarə müddəti bitib), Murad Vəliyev, Rauf Rüstəmli (“Sabah”, icarə müddəti bitib), Cəlal Hüseynov (“Arda”, Bolqarıstan, icarə müddəti bitib), Vüsal Məsimov (“Karvan-Yevlax”), Səbayıl Bağırov.
Müqavilə müddətini artıranlar: Rikardo Fernandes, Alfons Msanqa, Abdulla Seydəhmədov, Rafael Məhərrəmli.

Sumqayıt

Gələnlər: Pedro Pinto (“Petro Luanda”, Anqola), Aleksa Yankoviç (“Radniçki”, Serbiya), Rauf Rüstəmli (“Sabah”, icarə), Aleksandr Ramalinqom (“Bney Saxnin”, İsrail), Rayan Senhadji (“Fakel”, Rusiya), Rüstəm Əhmədzadə (“Qarabağ”), Nikola Ninkoviç (“Tekstilaç”, Serbiya), Abdul Raşid Mumini (“Atema”, Benin).
Gedənlər: Miloş Miloviç, Rövlan Muradov (“Zirə”), Momo Yansane, Murad Xaçayev (“Neftçi”), Elvin Bədəlov (“Neftçi”), Cəsurbek Caloliddinov, Bobur Abduholikov, Silvanus Nimeli, Uğur Cahangirov, Sərtan Taşkın, Alan Dias, Georgi Karaişvili (“Dinamo”, Tiflis, Gürcüstan).
Müqavilə müddətini artıranlar: İsa Suliman, Roi Kehat, Səbuhi Abdullazadə.

Kəpəz

Gələnlər: Şakir Seyidov (“Sabah”), Pedro Qomes (“Boavişta”, Portuqaliya), Adama Fofana (“Adanaspor”, Türkiyə), Məqsəd İsayev (“Zirə”), Otar Aptsiauri (“Dinamo”, Tiflis, Gürcüstan), Katsper Rosa (“Motor”, Polşa), Fərid Nəbiyev (“Səbail”).
Gedənlər: Trent Buhaqyar, Yeqor Xvalko, Rati Ardazişvili, Kərim Lkuça, Dioqo Verdaska, Rojerio Santos, Valdemar Almeyda, Tural Rzayev, Turan Manafov, Nicat Süleymanov (“Səbail”), Camal Cəfərov, Rauf Hüseynli, Nemət Musayev (“Difai”, icarə), Şervoni Mabatşoev, İlkin Qırtımov.
Müqavilə müddətini artıranlar: Mahamadu Ba, Paçu Lira, Ehtiram Şahverdiyev.

Qəbələ

Gələnlər: İsaak Amoa (“Atletiko Sanlukenyo”, İspaniya), Paulo Kimbila (“Əl-Əhli”, Bəhreyn), Adriel Ba Lua (“Kan”, Fransa), Eduardo Kunde (“Persis Solo”, İndoneziya).
Gedənlər: Emil Süleymanov (“Şamaxı”, icarə), Müşviq Nadirov, Samir Həsənov, Ruslan Voronsov, İbrahim Ramazanov, Oçe Oçoveçi, Elvin Yunuszadə (“Karvan-Yevlax”), Sənan Ağalarov (“Baku Sportinq”, icarə), Ürfan İsmayılov.
Müqavilə müddətini artıranlar: Prins Ovusu.

Karvan-Yevlax

Gələnlər: Eltun Turabov (“Turan Tovuz”), Süleyman Əhmədov (“Səbail”), Araz Abdullayev (“Qaradağ Lökbatan”), David Oliveyra Souza (“Zabbar”, Malta), Kayl Spens (“Kolreyn”, Şimali İrlandiya), Qavi Tompson (“Sportinq Laqos”, Nigeriya), Olavale Doyeni (“Plato Yunayted”, Nigeriya), Elvin Yunuszadə (“Qəbələ”), Vadim Abdullayev (“Araz-Naxçıvan”), Samuel Durrant (“Konnas Ki Nomads”, Uels), Vüsal Məsimov (“Şamaxı”), Moise Nqvisani (“Vilts”, Lüksemburq), Şakil Sno (“Qzira Yunayted”, Malta).
Gedənlər: Ezekiel Morqan (“İmişli”), Emil Qasımov, Bəhruz Teymurov, İzzət Müştaqov, Elvin İsmayılov, Müşviq Teymurov, Peyman Keşavarzi, İlham Hüseynov, Məmməd Muradov, Aref Muhammedalipur, Beqzod Xulikulov, Roman Hüseynov, Kənan Quliyev.
Müqavilə müddətini artıranlar: Kamran İbrahimov, İbrahim Qədirzadə, Rəhman Şabanov, Ceyhun Bağırzadə.

İmişli

Gələnlər: Azər Salahlı (“Neftçi”), İbrahim Əliyev, İmam Əli, Ronaldo Rodriqes, Rafael Vyeqas (“San Juan”, Portuqaliya), Hüseynəli Quliyev (“Səbail”), Ezekiel Morqan (“Karvan-Yevlax”), Nikola Karaklayiç (“Napredak”, Serbiya), Juninyo (“Atletiko”, Paranaense, Braziliya).
Gedənlər: Xəlil Bəşirov, Firəddin Abdullayev, Elməddin Sultanov, Tolqar Yaqubov, Nəbi Məmmədov, Timilehin Oluvaseun, Fazil Həsənzadə, Seyxan Fərəcov, Gilyerme Silva, Pablo Henrike, Xəyal Tomarov, Cavidan Qasımlı, Rəhim Osman.
Müqavilə müddətini artıranlar: Həzrət İsayev, Mehdi Tahirov, İdris İnqilablı, Andrey Sinenka, Vüsal Qənbərov, Dioqo Vaskes Rollo.

İdman.biz

Məqalədə:
Seçilən
3
4
idman.biz

8Mənbələr