Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 1-ci turunda keçirilməsi planlaşdırılan üç oyun təxirə salınıb.
Arena.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, “Fənərbağça” – “Alanyaspor”, “Kayserispor” – “Beşiktaş” və “Karagümrük” – “Başakşəhər” qarşılaşmaları başqa tarixdə keçiriləcək.
Xatırladaq ki, bu təxirəsalmalar Türkiyə klublarının avrokuboklardakı oyunları ilə əlaqədardır. Belə ki, “Fənərbağça” UEFA Çempionlar Liqasının, “Beşiktaş” və “Başakşəhər” isə Avropa Konfrans Liqasının təsnifat mərhələsində mübarizə aparacaqlar.