AZ

"Qəbələ" iki futbolçu ilə müqaviləni uzadıb

Bakı.Trend:

"Qəbələ" iki futbolçusu ilə müqaviləsini uzadıb.

Trend xəbərverir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, klub Əylət təmsilçisi Qədir Ramazanov və ElnurMustafayevlə yeni müqavilə imzalayıb.

19 yaşlı yarımmüdafiəçi və 19 yaşlı müdafiəçi ilə müqavilə 3 ilmüddətinə nəzərdə tutulub.

Qeyd edək ki, "Qəbələ" bunadək Prins Ovusu (son olaraq"Qəbələ"nin U-19 komandasında oynayıb), İsaak Amoah (son klubu“Atletiko Sanlukenyo”, İspaniya), Paulo Quimbila (son klubu"Əl-Əhli, Bəhreyn), Adriel Ba Loua (son klubu “Kan”, Fransa),Eduardo Kundeni ("Persis", İndoneziya) sıralarına qatıb, EmilSüleymanov ("Şamaxı", icarə), Müşviq Nadirov, Samir Həsənov, RuslanVoronsov, İbrahim Ramazanov, Oçe Oçoveçin, Elvin Yunuszadə, SənanAğalarov və Urfan İsmayılovla yollarını ayırıb.

Seçilən
56
1
az.trend.az

2Mənbələr