AZ

AQTA: Qida obyektlərində təmizləmə və dezinfeksiya tədbirləri xüsusi əhəmiyyət daşıyır

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 5 avqust, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Kollegiyasının müvafiq Qərarı ilə təsdiq edilmiş “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”a əsasən, qida zəncirinin bütün mərhələlərində - ilkin istehsal, tədarük, emal, qablaşdırma, saxlanma, daşınma, dövriyyə (o cümlədən idxal və ixrac), ictimai iaşə və xidmət sahələrində istifadə, utilizasiya və məhvedilmə proseslərində gigiyenik normalara ciddi şəkildə riayət olunmalıdır.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a bildirilib ki, qida obyektlərinə dair ümumi gigiyena tələbləri qida məhsullarının təhlükəsiz şəkildə istehsalı, emalı və dövriyyəsi üçün zəruri sanitar-gigiyenik şəraitin yaradılması və bu şəraitin davamlılığının təmin edilməsi məqsədi daşıyır. Qaydalarda qida obyektlərində gigiyena tələbləri çərçivəsində istifadə olunan avadanlıqlara, qida məhsullarının təhlükəsiz istifadəsinə, onların qablaşdırılması və etiketlənməsinə, daşınması və saxlanmasına, işçi heyət və şəxsi gigiyena qaydalarına, eləcə də qida tullantılarının idarə olunmasına dair əsas prinsiplər və tələblər öz əksini tapıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
2
azertag.az

10Mənbələr