Türkiyə Böyük Millət Məclisində (TBMM ) “Terrorsuz Türkiyə” məqsədilə yaradılan yeni komissiya ilk iclasını keçirib.
KONKRET.az xəbər verir ki, açılışda çıxış edən TBMM sədri Numan Qurtulmuş ölkənin yarım əsrlik terrorla mübarizəsində yeni mərhələyə qədəm qoyulduğunu bildirib.
Komissiyanın fəaliyyət prinsiplərinin “şəffaflıq və açıqlıq” olacağını bildirən Qurtulmuş prosesə akademiklər, hüquqşünaslar, QHT-lər və ictimaiyyət nümayəndələrinin də cəlb ediləcəyini açıqlayıb.