AZ

İran həddini aşdı: Zəngəzur hədəsi

İranın ali dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti yenə Zəngəzur dəhlizi barədə danışıb. 

“Cebheinfo.az” xəbər verir ki, o, bəzi regional və qeyri-regional dövlətlərə Zəngəzur dəhlizi məsələsinin dəfələrlə gündəmə gəlməsi ilə bağlı “xəbərdarlıq” edib:

"Bir daha öz öhdəliklərini bəyan edən, lakin öz və regional maraqlarına məhəl qoymayan bəzi hökumətlər Zəngəzur dəhlizi məsələsini gündəmə gətirib və Cənubi Qafqazda qeyri-qanuni məqsədlərinə nail olmaq üçün əlindən gələni edirlər. Xatırladıram ki, regionda və ya ondan kənarda əvvəlki uğursuz təcrübəni təkrarlamağa çalışan istənilən hökumət İranın sərt reaksiyası ilə üzləşəcək”.

Seçilən
41
1
cebheinfo.az

2Mənbələr