AZ

SON DƏQİQƏ! Təyyarə biletlərinin qiyməti ilə bağlı VACİB AÇIQLAMA

Azərbaycanda aviabiletlər niyə bahadır? İnsanlar səyahət etməklə bağlı ciddi çətinliklərlə üzləşdiklərini bildirirlər. Səbəb quru sərhədlərin bağlı olması və təyyarə biletlərinin qiymətinin yüksək olmasıdır. Sosial şəbəkələrdə də bununla bağlı məsələlərin müzakirəsi geniş vüsət almağa başlayıb. Mövcud vəziyyətdə ümidlərini aviareyslərə bağlayan vətəndaşlar digər ölkələrlə müqayisədə Azərbaycanda biletlərin baha, uçuşların sayının isə az olmasından gileylənirlər.




Aviasiya sektorunun problemi və həll yolları nədir? Mövzuyla bağlı "Qiymətləndiricilər Cəmiyyəti"nin sədri Vüqar Oruc Referans-ın suallarına aydınlıq gətirib. Müsahibimiz qeyd edib ki, Azərbaycanda həqiqətən də aviabiletlər çox bahadır və bunun səbəbləri vardır. Belə ki, "Azal" aviaşirkəti bir çox dünya aviaşirkətləri ilə doğurdanda rəqabətə davamlı bir şirkətdir və həm pilotları həm də texniki heyyəti eyni zamanda çox illik təcrübə, ümumiyyətlə qəzaların tarixi yəni indiyə qədər ciddi qəza baş verməməsi aviaşirkətin təcrübəli pilotlardan təşkil olunduğuna habelə texniki heyyətin və servisin təmin olunmasından irəli gəlir. Bütün bunlar "Azal" da aviabiletlərin qiymətlərinin yüksək olmasına səbəb olur. Başqa bir səbəb isə komfort və müştərilə xidmət səviyyəsidir ki, buda bildiyimiz kimi bir çox dünya aviaşirkətləri ilə bizim yerli aviaşirkətləri müqaisə etmək üçün imkan yaradır. Hal-hazırda qiymətlərin baha olmasının digər səbəbi isə quru sərhədlərinin bağlı olmasıdır. Hal-hazırda alternativ aviaşirkətlər içərisində Türk hava yolları şirkəti və digər bazar olan və Azərbaycan sərnişinlərinə xidmət göstərən şirkətlər olsun onların içərisində həqiqətən də "Azal" lider şirkətdir və butün bu səbəblər isə təbii ki, qiymətlərin baha olmasına gətirib çıxardır.


Daha sonra Vüqar Oruc bildirib ki, düşünürəm ki, quru sərhədləri açılandan sonra tələbatın aşağı düşməsi ilə qiymətlərində tənzimlənəcəyi start ala bilər. Sosial şəbəkələrdədə bu məsələ geniş vüsat almağa başlayıb. Əlbəttə ki, vətəndaşlar bu proses və qoymətlərdən narazıdırlar. Azərbaycanın təhlükəsizlik prinsiplərinə əsasən bağlı saxlanılan quru sərhədləri müəyyən dövürdən sonra açıldıqda bu problem həll olunacaq. Həm tələbatın səviyyəsi aşağı düşəcək həmdə ki, alternativ nəqliyyat yolları açılacaq ki, bu da biletlərə olan tələbatın aşağı düşməsi ilə nəticələnəcək. Eyni zamanda alternativ şirkətlərin də bazara buraxılmasına ehtiyac var. Daha güvənli və təhlükəsiz şirkətlərin seçilməsi bazarda müxtəlifliyin yaradılması ilə qiymətlərin tənzimlənməsinə təsir göstərə bilər.


"Qiymətləndircilər Cəmiyyəti"nin sədri vurğulayıb ki, uçuşların sayı isə kifayət qədərdir və təyyarə sərnişin baxımından tam təmin olunduğundan sonra yeni uçuş xətlərinin təmin olunması barədə qərar qəbul olunur. Hal-hazırda ki, situasiyada aviaşirkət rəhbərliyi mövcud cədvəl üzrə uçuş sayını təlabatı ödədiyini bildirir. Bu baxımdan düşünürəm ki, qiymətlərin baha olmasının həllini quru yollarının açılması ilə həm də eyni zamanda alternativ şirkətlərin Azərbaycan hava yollarında iştirakını təmin etməklə və üçüncü səbəb isə dövlət tərəfindən müəyyən proqramların işlənməsi ilə qiymətlərin stabil sağlanmasını həll etmək olar. Qiymətlərin baha olması digər qonşu ölkələrlə müqayisədə Azərbaycanda bahadır. Bu da "Azal" aviaşirkətinin ümumi xərcləri ilə bağlıdır ki, xərclərin yüksək olması qiymətlərin baha olmasına gətirib çıxardır. Qiymətlərin optimallaşdırılması isə xidmətin və uçuşun keyfiyyətinə təsir etməməlidir",-deyə Vüqar Oruc əlavə edib.


Ləman Xalıqova

Referans.az  

Seçilən
40
referans.az

1Mənbələr