AZ

Füzuli şəhərinə köçürülmüş 53 sakinə özünüməşğulluq proqramı üzrə aktivlər təqdim edilib

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 5 avqust, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizdə özünüməşğulluq proqramının icrası işlərini davam etdirir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Füzuli şəhərinə köçürülmüş sakinlərdən daha bir qrup şəxsə özünüməşğulluq proqramı çərçivəsində aktivlər təqdim olunub.

Verilmiş avadanlıqlar hesabına proqram iştirakçıları avtotəmizləmə, kombi və sanitar qovşağın quraşdırılması, poliqrafiya xidmətləri, un məmulatları istehsalı zərfləri üzrə kiçik biznes sahələrini yaradıblar.

Beləliklə, Füzuli şəhərinə köçürülmüş sakinlərdən artıq 53 şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar qurulub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
10
azertag.az

10Mənbələr