AZ

Tələbələrin köçürülməsi üzrə nəticələr məlum oldu

15-22 iyul tarixlərində tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulunda iştirak etmiş tələbələrin şəxsi kabinetlərinə qəbulun nəticələri ilə bağlı müvafiq bildiriş göndərilib.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilir ki, tələbələrdən üç gün ərzində şəxsi kabinetlərinə daxil olaraq qəbul edilmiş qərarı təsdiq etmələri xahiş olunur.

"Qərar təsdiq edilmədiyi halda, tələbələrin əmrləşməsi müvafiq təhsil müəssisələri tərəfindən həyata keçirilməyəcək və müraciət ləğv ediləcək", - deyə məlumatda qeyd olunur.

Seçilən
71
40
cebheinfo.az

10Mənbələr