“Zirə” PFK Namik Ələskərovu heyətinə qatıb.
Gundem.az xəbər verir ki, bu barədə klubun Mətbuat xidməti məlumat yayıb.
Premyer Liqa təmsilçisi futbolçu ilə 2+1 illik müqavilə bağlayıb.
Qeyd edək ki, 30 yaşlı oyunçu karyerası ərzində “Bakı”, “Qarabağ”, “Kəpəz”, “Neftçi”, “Bursaspor” (Türkiyə) və “Sabah”da çıxış edib.