AZ

“Qarabağ”ın yanında 30-a yaxın azərbaycanlı olacaq

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində bu gün “Şkendiya”nın (Şimali Makedoniya) qonağı olacaq “Qarabağ”ı stadiondan az sayda azarkeş dəstəkləyəcək.

Sportinfo.az xəbər verir ki, Skopyedəki 33 min tamaşaçı tutumuna malik “Toşe Proeski” stadionunda keçiriləcək görüşdə 30-a yaxın azərbaycanlı azarkeş olacaq.

Onun sözlərinə görə, matça ümumən 15 minə yaxın azarkeşin gələcəyi gözlənilir.

Oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Komandalar arasında cavab matçı isə avqustun 12-də Bakıda olacaq.

Seçilən
66
49
sportinfo.az

10Mənbələr