Hər gün istifadə etdiyimiz qara çayın orqanizm üçün bir sıra faydaları var.
Bu içki ürək sağlamlığını qoruyur, qan təzyiqini tənzimləyə və şəkər riskini azalda bilir. Həmçinin, mədə- bağırsaq sisteminə də müsbət təsir edir.
"Cebheinfo.az" xəbər verir ki, çayın tərkibindəki bəzi maddələr dəmirin orqanizm tərəfindən sorulmasına mane ola bilər. Bu isə zamanla dəmir çatışmazlığına səbəb olar.
Çay acqarına içildikdə mədə turşuluğunu artıra, yanma və narahatlıqlara yol aça bilər. Kofein tərkibli olması səbəbindən qara çay yuxusuzluq, stress və baş ağrısına da səbəb olur.
Çayın tərkibindəki kafein bəzi hallarda baş ağrısını azaltsa da, uzunmüddətli və davamlı baş ağrılarında vəziyyəti daha da ağırlaşdıra bilər.