AZ

Heç vaxt mətbəxdə bu səhvlərə yol verməyin: Heç kimin bilmədiyi sirr

ain.az, News24 portalına istinadən məlumat verir.

İdeal mətbəx yalnız funksional deyil, həm də zövqlə tərtib olunmuş, müasir və ilhamverici bir məkandır. Lakin təəssüf ki, bəzən dizayna qeyri-peşəkar yanaşma nəticəsində ortaya "kolxoz mətbəxi" deyilən estetikadan uzaq görüntülər çıxır. 

News24.az xəbər verir ki, bu tip interyerlər bəzən yalnız istifadə rahatlığını deyil, həm də ümumi mənzərəni pozur. “DOMEO | Mənzilin Təmiri | Daşınmaz Əmlak” bloqunun ekspertləri belə mətbəxləri xarakterizə edən 14 əsas əlaməti müəyyən edib və onlardan necə qaçmaq yollarını açıqlayıblar.

2000-ci illərin əvvəllərinə xas, plastik və ləkəli təzgahlar mətbəxin ümumi görünüşünü xeyli ucuzlaşdırır. Hətta ən bahalı fasadlar belə bu görüntünü xilas edə bilmir. Mütəxəssislər müasir və davamlı materiallara üstünlük verməyi tövsiyə edir.

Qanadlı, dairəvi və ucuz paslanmayan polad lavabolar artıq dəbdən çıxıb. Estetik və funksional görünüş üçün interyerə uyğun, 3 mm qalınlığında düzbucaqlı lavabolar seçilməlidir.

Bir digəri isə təzgah və önlük arasında alüminium birləşmə elementlərinin istifadəsi həm estetikaya, həm də gigiyenaya ziddir. Avro-kəsiklər və yapışqan birləşmələr daha təmiz və zərif görüntü yaradır.

Plastik döşəmə haşiyələri və DSP-dən hazırlanmış panellər mətbəxi ucuz dəst kimi göstərir. Onların əvəzinə ABS kənarları və çini daş önlüklər daha keyfiyyətli alternativlərdir.

Qalın çərçivəli, işıqlandırmasız şkaflar artıq aktual deyil. Müasir mətbəxlərdə nazik alüminium çərçivələr, parlaq teksturalar və daxili işıqlandırma trendlərə cavab verir.

Aqil

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
64
1
news24.az

2Mənbələr