AZ

Tramp üçüncü dəfə prezidentliyə namizəd olmayacaq

ain.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp gələcəkdə yenidən prezident seçkilərində iştirak etmə ehtimalının az olduğunu bildirib.

Teleqraf xəbər verir ki, o bu barədə "CNBC" telekanalına verdiyi müsahibədə danışıb.

“Çox güman ki, yox”, – deyə o, müvafiq sualı cavablandırarkən qeyd edib.

Qeyd edək ki, Tramp mayın 4-də verdiyi açıqlamada üçüncü dəfə prezidentliyə namizəd olmaq niyyətində olmadığını bildirmişdi. O, tərəfdarlarının bu istiqamətdə israr etdiyini, lakin özü bu fikirdə olmadığını vurğulamışdı.

Xatırladaq ki, ABŞ Konstitusiyasına 1951-ci ildə edilən 22-ci düzəlişə əsasən, eyni şəxs yalnız iki dəfə prezident seçilə bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
4
sherg.az

5Mənbələr