AZ

Sabiq prezident və xanımı bu cinayət işi üzrə dindirilməyə çağırıldı

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

ABŞ Konqresi Ədliyyə Departamentinin keçmiş üzvlərini, eləcə də Bill və Hillari Klintonları pedofil Ceffri Epşteynin cinayət işi üzrə dindirilməyə çağırıb.

Globalinfo.az xəbər verir ki, Nümayəndələr Palatasının Nəzarət Komitəsi araşdırmanın bir hissəsi olaraq onlara çağırış vərəqələri göndərib.

Bu təşəbbüs həm Respublikaçılar, həm də Demokratlar tərəfindən dəstəklənib.

Çağırılanların siyahısına FTB-nin keçmiş direktorları Ceyms Komi və Robert Müller, keçmiş baş prokurorlar Loretta Linç, Erik Holder, Uilyam Barr, Ceff Seşns, Alberto Qonzales və Ədliyyə Departamentinin keçmiş katibi Merrik Qarland daxildir.

Dindirmə avqustun 18-də başlayacaq və oktyabrın ortalarına qədər davam edəcək.

Ədliyyə Nazirliyi həmçinin avqustun 19-dək iş üzrə bütün materialları, o cümlədən ABŞ-ın keçmiş prezidenti Co Baydenin administrasiyası ilə yazışmaları təhvil verməlidir.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
55
globalinfo.az

1Mənbələr