AZ

ChatGPT istifadəçiləri süni intellektlə ünsiyyətə fasilə verməyə təşviq edəcək

Bakı. Trend:

ChatGPT çatbot istifadəçilərə süni intellektlə çox uzun müddətünsiyyət qurduqları təqdirdə, onlara fasilə verməyi xatırlatmağabaşlayacaq.

Trend xəbər verir ki, bubarədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, xəfif göstərişlər çatlarda ekranda görünənpəncərələr kimi görünəcək. İstifadəçilər süni intellektlə söhbətədavam etmək üçün onların üzərinə klik etməli olacaqlar. Yenifunksiya ChatGPT ilə istifadəçilər arasında “daha sağlam” münasibətyaratmaq məqsədi daşıyır. Çatbotun faktiki olaraq yanlış və yatəhlükəli cavablar yaratdığı hallar məlumdur. Bu, insanlarınsağlamlığını və psixi rifahını risk altında qoyub.

Tərtibatçı şirkət bu çatışmazlıqları etiraf edib vəistifadəçilərin sorğularına daha diqqətli cavab verməsi üçünChatGPT-ni yeniləməyi vəd edib. Birbaşa cavab əvəzinə, proqramhəmsöhbətə problem haqqında düşünməyə, suallar verməyə, bu və yadigər vəziyyətin müsbət və mənfi cəhətlərini müəyyənləşdirməyəkömək edəcək.

Məqalədə:
Seçilən
41
12
az.trend.az

10Mənbələr