AZ

Rumıniyanın sabiq prezidenti vəfat etdi

Rumıniyanın sabiq prezidenti İon İliesku 95 yaşında vəfat edib

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rumıniya hökumətinin yaydığı rəsmi açıqlamada məlumat verilib.

Qeyd edək ki, İon İliesku ölkənin kommunizmdən demokratiyaya keçid dövründə rol oynamış siyasi fiqur kimi tanınırdı. O, 1989-cu ildə diktator Çauşeskunun devrilməsindən sonra hakimiyyətə gəlmişdi. Onun rəhbərliyi altında Rumıniyada ilk demokratik seçkilər keçirilmişdi.

Milli.Az

Seçilən
57
14
milli.az

10Mənbələr