AZ

"Portu"nun sabiq kapitanı Jorje Koşta vəfat edib

"Portu" klubunun sabiq kapitanı Jorje Koştanın vəfat edib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən məlumatına görə, klub əfsanəsi 54 yaşında dünyasını dəyişib.

Futbolçu karyerasına "Portu"nun akademiyasında başlayan Koşta 1990–2005-ci illərdə əsas komandada çıxış edib. Uzun illər kapitan sarğısını daşıyan müdafiəçi "Əjdahalar"ın heyətində səkkiz dəfə Portuqaliya çempionu olub, beş dəfə ölkə kubokunu, səkkiz dəfə isə Superkuboku qazanıb. O, həmçinin UEFA Çempionlar Liqası, UEFA Kuboku və Qitələrarası Kubokun da qalibi olub.

Karyerası ərzində "Penafiel", "Maritimu" və İngiltərənin "Çarlton Atletik" klublarında icarə əsasında çıxış edən Koşta futbolçu karyerasını Belçikanın "Standard" klubunda başa vurub.

Məşqçi kimi də uğur qazanan Jorje Koşta 2011/2012 mövsümündə Rumıniyanın "CFR Kluj" klubuna ölkə çempionluğu yaşadıb.

Seçilən
12
90deqiqe.az

1Mənbələr