AZ

Yəmən sahillərində qayığın batması nəticəsində ölən miqrantların sayı 86 ya çatıb

Azxeber.com saytından alınan məlumata görə, ain.az bildirir.

Ədən körfəzində Yəmən sahillərində qayığın batması nəticəsində ölən afrikalı miqrantların sayı 86-ya yüksəlib.

Bu barədə "Reuters” agentliyi Yəmən mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, qayıqda Afrika ölkələrindən olan 170 miqrant olub, onlardan 42-si xilas edilib.

Daha əvvəl insident nəticəsində 76 nəfərin öldüyü bidirilirdi.

"Bab News” portalının məlumatına görə, avqustun 3-də səhər saatlarında Yəmənin cənubundakı Abyan əyalətinin sahillərində oromo xalqından (Şərqi Afrikanın ən böyük etnik qrupudur, əsasən Efiopiya və Keniyada yaşayırlar) olan onlarla qeyri-qanuni miqrantın cəsədi tapılıb. Ehtimal edilir ki, onlar Afrikadan gələn və pis hava şəraitinə görə batan qaçaqmalçılıq gəmisinin göyərtəsində olublar.

/report

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
8
azxeber.com

9Mənbələr