Sakinlər 1 aydan artıqdır ki,su üzünə həsrət qalıblar
Söhbət paytaxtın Suraxanı rayonu Bülbülə qəsəbəsi Samir Əliyev küçəsində yaşayan sakinlərdən gedir. Onlar deyirlər ki, yay mövsümü girəndən suları kəsilib. Bu da isti havalarda onlara çətinlik yaradır. Sakinlər onu da bildirirlər ki, gün ərzində su 1 dəfə 5-10 dəqiqə verilir.
Sakinlər bildirirlər ki, su olmadığından suyu pulla alırlar.