Yeniavaz portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Avtomobil istehsalçısı “Nissan” bəzi iş yerlərinin ixtisar edilməsi ilə bağlı Avropa regional ofisində həmkarlar ittifaqı ilə danışıqlara başlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” şirkətin daxili sənədlərinə istinadən məlumat yayıb.
Bildirilib ki, Yaponiya şirkətinin Fransada yerləşən Avropa ofisində hazırda 560 nəfərə yaxın işçi çalışır. Rəhbərlik və həmkarlar ittifaqı könüllü ixtisarları müzakirə etmək barədə razılığa gəliblər. Danışıqların oktyabrın 20-dək başa çatdırılması, noyabrda isə heyətə tam məlumatın veriləcəyi gözlənilir.
Nəşrin məlumatına görə, dəyişikliklər “Nissan”ın Afrika, Yaxın Şərq, Hindistan və Okeaniyadakı nümayəndəliklərinin əməkdaşlarına da təsir edəcək.
Yenidənqurma çərçivəsində şirkət 2026-cı ilin martında Meksikadakı zavodunda avtomobil istehsalını dayandıracaq. Həmçinin 2028-ci ildə Yaponiyada iki zavod bağlanacaq.
Qeyd edək ki, “Nissan”da bütün dünyada 19.000 işçi çalışır. Onların 60%-i Avropada işləyir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.