AZ

Zelenski: İki gün ərzində Ukraynaya bir milyard dollar daxil olub

İki gün ərzində Ukrayna avropalı tərəfdaşlarından bir milyard dollardan çox pul alıb.

Operativ Media xəbər verir ki, bu barədə ölkə Prezidenti Volodimir Zelenski açıqlama verib.

O bildirib ki, NATO üzvlərinin göndərdiyi bu pullar ABŞ istehsalı olan silahların alınması üçündür.

V.Zelenski yazıb: "Bu o deməkdir ki, NATO-nun Ukraynaya təhlükəsizlik və təlim sahəsindəki yardımla bağlı təşəbbüslərinin və Alyansın Haaqa sammitinin qərarının həyata keçirildiyinin sübutudur. Bunun üçün NATO-nun Baş katibi Mark Rütteyə təşəkkür etdim".

Prezident bildirib ki, M. Rütte ilə söhbət zamanı Baş katib bu təşəbbüsə qoşulmağa hazır olan digər ölkələrlə də iş aparılmasından da danışıb.

V.Zelenski ona Rusiyanın daha intensiv atəşə tutduğu Xarkov və Ukraynanın digər şəhərlərindəki vəziyyət və ordunun ehtiyacları barədə məlumat verib.

Ukrayna lideri yazıb: "Həmçinin Ukrayna ilə əməkdaşlığın və ölkəmizə dəstəyin artırılması üçün aparılmalı olan diplomatik işləri müzakirə etdik. Yaxşı təkliflər var. Biz onları həyata keçirəcəyik".

Seçilən
18
3
operativmedia.az

4Mənbələr