Rumıniyanın sabiq prezidenti İon İliesku 95 yaşında vəfat edib.
Bu haqda Rumıniya hökuməti açıqlama yayıb.
“Hökumət dərin təəssüf hissi ilə Rumıniyanın keçmiş prezidenti İon İliyeskunun vəfatını elan edir”, - Nazirlər Kabinetinin saytında yerləşdirilən bəyanatda deyilir.
Məlumata görə, sabiq prezident Professor Aqrippa İonesku adına Klinik Təcili Tibbi Yardım Xəstəxanasında vəfat edib.
Qeyd edək ki, o, Nikolay Çauşeskudan sonra 2000–2004-cü illərdə Rumıniya dövlətinə liderlik edib. Onun hakimiyyəti illərində ölkədə ilk dəfə demokratik seçkilər keçirilib.
"Cebheinfo.az"