ain.az, Gununsesi saytına istinadən bildirir.
Yevlaxda idarəetmədən çıxan yük maşını aşıb.
Gununsesi.info xəbər verir ki, hadisə Xaldan-Mingəçevir şossesində baş verib.
Şirkətlərdən birinə məxsus kiçiktutumlu yük maşını idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb. Dirəklə bərabər maşın özü də aşıb.
Qəzadan sürücü yüngül stres və xəsarətlə qurtulsa da, elektrik təsərrüfatına və avtomobilə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.