AZ

Qarın nayihəsində yaddan çıxmış əşya 10 il sonra aşkarlandı

525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Rusiyada həkimlər əməliyyat yolu ilə xəstənin qarın nayihəsindən 10 il əvvəl yaddan çıxarılmış əşyanı çıxarıblar.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, əməliyyat Moskvada, Skandinaviya Sağlamlıq Mərkəzində aparılıb.

72 yaşlı qadın uzun illərdir qarın boşluğundakı ağrılardan şikayətlənirmiş. Tez-tez hərarəti yüksələn xəstə dəfələrlə ultrasəs müayinəsindən keçməsinə baxmayaraq, ağrıların əsl səbəbi bilinməyib.

Sonuncu yoxlama zamanı isə onun əvvəllər böyrəyində tapılan "kista"nın əslində yad əşya olduğu aydınlaşıb. Təcili əməliyyata alınan qadının 10 ildir qarnında drenaj gəzdirdiyi üzə çıxıb.

Belə ki, drenaj 2015-ci ildə mədəaltı vəzinin iltihabı diaqnozu ilə əməliyyat olunduğu zaman unudulubmuş.

Qeyd edək ki, xəstənin 10 il əvvəl əməliyyat olunduğu klinikanın və əməliyyat edən həkimin adı açıqlanmır.

L.Tağıyeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
525.az

1Mənbələr